Gündəlik həyatımızda bir çox insanlar və hadisələrlə rastlaşırıq. Onların arasında fərqli səsi, danışıq dili və görünüşünə görə dilənçilər xüsusi yer tutur. Hər qarşısına gələndən əl açıb pul istəyən bu şəxslərin bəzilərinə əhəmiyyət verib diqqətdə saxlayırıq, digərlərini qınayır, bir başqasını isə heç görmürük.
Son dövrlər isə paytaxtın mərkəzi küçələrində, ticarət mərkəzlərinin qarşısında və metroların çıxışında "hicablı" dilənçilərin sayı çoxluq təşkil edir. Sual yarana bilər ki, niyə hicab sözü dırnaqda yazılıb? Apardığımız araşdırmanı oxuyaraq elə bu suala cavab tapacaqsınız.
Araşdırma üçün ilk məntəqə "20 Yanvar" stansiyasının çıxışı və "Velotrek" ticarət mərkəzinin ətrafı oldu. Metronun çıxışında dayanan başıbağlı xanıma yaxınlaşdım və nəzakətlə soruşdum ki, siz namaz qılırsız deyə, başınızı bağlamısız, ya elə-belə? Qadın əvvəl çaşdı, sonra bildirdi ki, namaz qılmır. İkinci sualımı vermək istəyəndə xanım da öz "nəzakəti"ni küçə söyüşləri ilə göstərdi.
"Velotrek" ticarət mərkəzində isə satıcılar çox maraqlı məlumat verdilər. Satıcıların sözlərinə görə, bu ərazidə olan dilənçilər növbə ilə yerlərini dəyişirlər. Onlar saatla dəqiq işləyərək bunu edirlər. Hətta dilənçilər gecə və gündüz növbəsinə də bölünüblər. Bəziləri isə xüsusi maşınla bura gələrək dilənməyə başlayır.
Adıçəkilən ərazidən məlumat toplayaraq başqa metrostansiyanın qarşısına yollandım. "Azadıq Prospekti" stansiyasının qarşısında yaşı təxminən 20-25 olan "başıbağlı" dilənçi gördüm. Xanıma yaxınlaşıb salam verdim. Sonra onun namaz qılıb-qılmadığını soruşdum. Onun dediyinə görə, bir ildir ki, namaza başlayıb. Dedim ki, mən sizə yardım etmək istəyirəm, nəyə ehtiyacınız var: ət, yağ qənd, un? Xanımdan evlərinin ünvanını və ya telefon nömrəsini də istədim ki, yardımı evlərinə çatdıram. Xanım bunlara ehtiyac olmadığını bildirdi. Danışığından başa düşdüm ki, dilənməyi özünə sənət seçib.
Mərkəzi küçələrə üz tutub insanların sıxlıq təşkil etdiyi "Fəvvarələr meydanı"na yola düşdüm. İlk rastıma gələn dilənçi "Nərgiz" ticarət mərkəzinin arxasında dayanmışdı. Başını bağlayan bu xanımın həm də hamilə olduğu görünürdü. Onunla üzbəüz yaşlı qadın da dilənirdi. Uzaqdan həmin qadının şəkilini çəkmək istədim, ancaq o, üzünü gizlətdi. Ondan 20-25 metr aralığında 3 dilənçi gördüm. Birinin başı bağlı, qucağında da körpəsi var idi. Hər üçü də adət etdiyimiz köhnə paltarda deyildi. Hətta biri o qədər bəzənmişdi ki, onu dilənçi kimi təsəvvür etmək mümkün deyildi. Onlara yaxınlaşmağıma 10 metr qalmış dilənçilərə zəng gəldi. Bahalı telefonuna cavab verən dilənçi danışa-danışa dönüb mənə baxdı. Başa düşdüm ki, az əvvəl şəklini çəkmək istədiyim qadın bunlara zəng edərək məni işarə edib. Mən yaxınlaşanda isə onlar tez yolunu dəyişdilər, buna baxmayaraq, onlara yaxınlaşıb salam verdim. Maraqlandım ki, sizə mənə görə zəng etdilər? Həmin xanım dedi ki, axı niyə çəkirsən? Dedim bu gün Beynəlxalq Qaraçılar günüdür və mən də fotoqrafam, işimi görürəm. Sizə mane olmaq istəmirəm. Söhbətimiz alındığına görə fürsətdən istifadə edib mən də suallarımı verdim. Hər üçü də dedi ki, biz qaraçı deyilik, kürdük. Dedim ki, olar uşağın şəklini çəkim? Başıbağlı həmin dilənçi icazə vermədiyini dedi. Geriyə qayıdıb şəklini çəkə bilmədiyim dilənçiyə yaxınlaşmaq istədim. O, küçə söyüşləri ilə üstümə hücum da çəkdi.
Oradan aralanıb Mərkəzi Univermağın aşağı qapısına yaxın, daha dəqiq desək, "Beynəlxalq Bank"la üzbəüzdə dayanan dilənçilərə tərəf getdim. Şəkillərini çəkdiyimi görən bu dilənçilər də öz dillərinə məxsus danışaraq, məndən sürətlə uzaqlaşmağa başladılar. Aradabir öz dilimizdə söyüşləri də başa düşürdüm.
Nizami küçəsində dilənən bu qadınların hamısı baş örtüyündən istifadə etmişdi. Hətta qucaqlarındakı bir neçə aylıq körpənin və azyaşlı qızcığazın da başı bağlı idi. Həmin azyaşlı cürət edib yerdən nəsə axtarırdı ki, mənə tərəf atsın. Oradan uzaqlaşsam da, uzaqdan onları seyr edirdim. Həmin azyaşlı qız anasının, belə desək, görməyən gözləri idi. Çünki uşaq baxırdı ki, mən ordayam, ya yox. Hətta polis həmin küçədən keçəndə uşaq tez qaçıb anasına xəbər verirdi.
Bir neçə metr yuxarı qalxdım. Burada da başını bağlayan daha bir dilənçiyə rast gəldim. Yaxınlaşıb salam verdim. Salamımı alan bu qadına sual verdim ki, namaz qılırsız? Namaz qılmadığını deyən bu xanım əlimdə fotoaparatı görüb qaçmağa başladı. Elə qaçdı ki, yerdə ona aid əşyalar qaldı.
Həmin ərazidəki mağazalara girib satıcılardan soruşdum ki, dilənçilər bura gəlib qəpiyi manat edir? Mağaza satıcıları dedi ki, hər gün gəlirlər. Soruşanda ki, "nə qədər pul dəyişirlər?"- satıcının cavabı məni heyrətləndirdi: 80-100 manat.
Araşdırmaya başlamamışdan əvvəl hicablı sözünü dırnaqda işlətmişdim. İndi isə səbəbini açıqlamağın vaxtı gəldi. Düşünürəm ki, qaraçıların dilənərkən başlarını bağlamaları insanların dini inanclarından sui-istifadə etmək məqsədi daşıyır. Araşdırmanı sonadək oxuyanlar, yəqin ki, mənim bu fikrimlə razılaşarlar.
Faktxeber.com
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu
- Dırnaqda ağ nöqtələrin və zolaqların yaranmasının SƏBƏBİ
- Azərbaycan 2250 universitet arasında yer ala bilmədi, səbəb...
- İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb
- Karateçilərimiz Venetsiyada
- Kays Səid rekord səs faizi ilə seçkilərdə qalib gəldi
- Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - DƏHŞƏT YAŞADI
- Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq
- 44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr
- Dünyada qadağan olunan yağ Bakıda satılır - FOTO
- Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür
- Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib
- Günün qoroskopu: Gizli məlumatlar ortaya çıxa bilər, diqqətli olun
- Ümid edirik ki, bu tarixə kimi Bakı ilə sülh olacaq - Xaçatryan