Cəmiyyət

Qubanın Qırmızı qəsəbəsi - VİDEO

9 Aprel 2014 15:55
0 Şərh     Baxış: 6 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hal-hazırda yaşayış məntəqəsinin 3300-dən çox əhalisi var

Qubanın Qırmızı Qəsəbəsi Azərbaycanda yəhudilərin əsas yurd yeri kimi tanınır. 81 yaşlı Boris Simanduyev dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbənin yaşılı sakinlərindəndir. Onun sözlərinə görə 1926-cı ilədək bu ərazi "Yəhudi qəsəbəsi" adlanıb. Sovet hökuməti qurulduqdan sonra isə bura, 11-ci Qızıl ordunun şərəfinə "Qırmızı qəsəbə"adlandırılıb. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, qəsəbədə bir-birindən yaraşıqlı mülklər və qədim tikililər göz oxşayır. Yahudi xalqının özünəməxsus toy və yas adətləri var. Bununla yanaşı, qəsəbədə yaşayan yəhudilər Azərbaycan xalqının adət-ənənələrinə də hörmət bəsləyirlər.

Onlar milli bayramların hər birində yaxından iştirak edir. Qəsəbədə ulu öndər Heydər Əliyevin adını daşıyan park salınıb. Hal-hazırda yaşayış məntəqəsinin 3300-dən çox əhalisi var. Sakinlərin əksəriyyətini dağ yəhudiləri təşkil etsə də, burada azərbaycanlılar, ləzgilər də mehriban şəraitdə yaşayırlar. Qəsəbədə üç dildə danışılır: dağ yəhudilərinin gündəlik işlətdikləri İran kökənli "cuvuri", Azərbaycan və rus dillərində. Burada yerləşən 2 məktəbdən birində dərslər azərbaycan, digərində isə rus dilində tədris olunur. Hər ikisində dünya yəhudilərinin danışdığı ivrit dili tədris olunur. Qəsəbənin sakinləri dünyaca tanınmış iş adamları Telman İsmayaılov, Qavril Yuşvayev, Zarah İliyevlə yanaşı, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun adını da fəxrlə çəkirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.