Cəmiyyət

Paytaxtda zavodda yanğın olub - YENİLƏNİB - VİDEO - FOTO

9 Aprel 2014 19:36
1 Şərh     Baxış: 2 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:36

FHN Bakıda maşınqayırma zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb


Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Azərneftkimyamaş" ASC-yə məxsus maşınqayırma zavodunun ərazisində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1500 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


---------
17:10


Bakıda zavodda baş verən yanğın söndürülüb


Milli.Az xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zavodun dam örtüyündə qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hazıra yanğının baş vermə səbəbləri araşdırılır.


----------
15:33

Bakıda zavod yanır


Milli.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Balaxanı Maşınqayırma Zavodunda yanğın başlayıb.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib.

Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

Milli.Az

---------
17:10

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.