Cəmiyyət

Doğum gününə bir gün qalmış şəhidlik zirvəsinə ucalan ƏSGƏR - YENİLƏNİB - FOTO

9 Aprel 2014 17:05
4 Şərh     Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:05

Vətənimizin bir igid oğlu da şəhidlik zirvəsinə ucaldı.

Milli.Az trend-ə istinadən xəbər verir ki, Füzuli istiqamətində hərbi tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olan əsgər Seyfəddin Kərimov bu gün son mənzilə yola salınıb. Dəfn mərasimdinə Gəncə şəhər rəhbərliyi, hərbçilər, hərbi orkestr və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himni səsləndirilib.
 

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəallarının "Şəhidlər ölməz, Vətən bölünməz", "Vətən sağ olsun!" şüarları və yaylım atəşlərinin sədaları ilə cəsur əsgər S.Kərimov torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1995-ci ildə Gəncə şəhərində dünyaya gələn S.Kərimov yunan-Roma güləşi üzrə 3 dəfə Azərbaycan çempionu olub. İdmanı həyatının ayrılmaz hissəsi hesab edən S.Kərimov dost-tanışları arasında və şəhərin idman həyatında böyük hörmət qazanıb.

Sabah 19 yaşının tamam olduğu ən fərəhli günündə S.Kərimov şəhidlik zirvəsində özünə yer aldı.


---------
14:49

Fizuli rayonunda təmas xəttində minaya düşərək dünyasını dəyişən əsgər Seyfəddin Nəvai oğlu Kərimov bu gün doğulduğu Gəncə şəhərində torpağa tapşırılıb.

APA-nın verdiyi məlumata görə, Gəncənin Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının vəzifəli şəxsləri, şəhidin qulluq etdiyi hərbi hissənin hərbiçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər, idmanla məşğul olan və bir neçə dəfə müxtəlif yarışlarda birincilik qazanan Seyfəddin Kərimovun vətənpərvər bir gənc olduğunu, torpaq uğrunda canından belə keçməyə hazır olduğunu bildiriblər. Dəfn mərasimindən əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, aprelin 7-də gecə saat 22:30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Həlak olanlardan biri də Kərimov Seyfəddin Nəvai oğlu olub. O, Gəncənin Kəpəz rayonundan hərbi xidmətə yola salınıb.

Milli.Az

-----------
17:05

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.