Cəmiyyət

Ümmül-Bənin kimdir?

9 Aprel 2014 21:14
0 Şərh     Baxış: 3 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az İslam.az-a istinadən bildirir ki, Ümmül-Bənin Fatimeyi-Zəhranın (ə) vəfatından sonra Həzrət Əlinin (ə) evləndiyi xanımlardan biridir. Onun əsl adı Fatimə bint Hizam Kəlbiyyə idi. "Ümmül-bənin" bu qadının künyəsidir, mənası "oğullar anası" deməkdir.

Həzrət Əlinin (ə) qardaşı Əqil ərəblərin əsil-nəsəbini gözəl bilirdi; belə adamlara "nəssabə" deyirlər. İmam Əli (ə) Həzrət Fatimənin (ə) vəfatından bir müddət sonra Əqildən xahiş etdi ki, ərəb qəbilələrindən onun üçün evlənməyə bir qadın seçsin. Həzrət Əli (ə) gələcəkdə baş verəcək müharibələr zamanı şücaətli oğullara arxalanmaq istəyirdi. Ona görə qardaşından xahiş etdi: "Elə bir qadın seç ki, mənə şücaətli oğullar bəxş etsin". Əqil İmama məsləhət gördü ki, Bəni-Kilab qəbiləsindən Fatimə bint Hizamla evlənsin; çünki onun nəsli igidlikdə məşhur idi. Fatimə bint Hizam Həzrət Əliyə (ə) dörd oğul bəxş etdi: şücaət nümunəsi olan Həzrət Əbülfəzl Abbas, Qasim, Cəfər və Osman. Bunların dördü də aşura günü Kərbəlada igidlik göstərib şəhid oldular. Fatimə bu oğullara görə "Ümmül-bənin" künyəsini qazanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.