Cəmiyyət

Bakı Metrosunda daha bir qadağa

9 Aprel 2014 13:12
0 Şərh     Baxış: 2 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Metroda bütün reklam lövhələri və afişalar tezliklə ləğv olunacaq

Bakı Metropolitenində bütün reklam lövhələri və afişalar tezliklə ləğv olunacaq.

Metropolitendən Anspress-ə verilən məlumata görə, bununla bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov göstəriş verib.

Deyilənlərə görə, reklam lövhələri dizayn baxımından metronun görünüşünə xələl gətirdiyi üçün söküləcək. Metropolitendən bildirilib ki, reklam və afişalar yaxın günlərdə yığışdırılacaq.

İstisna olunmur ki, onların əvəzinə daha yaxşı reklam forması seçilə bilər. Hələlik isə bu barədə heç bir qərar qəbul olunmayıb.

Qeyd edək ki, yeni rəhbər Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.