Cəmiyyət

Bakıda sərnişinlər avtobus sürücüsünü döydülər - VİDEO

9 Aprel 2014 13:27
7 Şərh     Baxış: 4 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elmlər Akademiyası" stansiyasının qarşısında baş verən insident ANS TV əməkdaşları tərəfindən lentə alınıb

Bu gün səhər saatlarında 6 saylı marşrut xəttilə hərəkət edən sərnişin avtobusunda metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında insident yaşanıb. Məhz sürücünün sərnişinlərlə kobud davranması onun döyülməsilə nəticələnib. Hadisəni marşrut avtobusunda olan Ans Tv-nin əməkdaşları mobil telefonla lentə alıblar.

İnsident zamanı sürücü idarə etdiyi avtobusdan yerə düşərək sərşinilərlə mübahisə edib. Baş verən olaya səbəbsə, sürücünün içərisi sərnişinlə dolu olan avtobusu qəfil işə salması olub. Yəni anidən əyləcdən istifadə etməsi avtobusdakı sərişinlərin bir qisminin yıxılmasına səbəb olub. Elə hər şey də bundan sonra başlayıb. Sərnişinlərdən biri sürücünün bu səhlənkarlığına göz yummayıb və ona təzyiq göstərib. Avtobusdan düşürülən sürücü digər sərnişinlər tərəfindən də təzyiqə məruz qalıb.

Hadisə yerinə polis əməkdaşları da cəlb olunublar. Onlar sərnişinlərlə sürücü arasındakı mübahisəni sakitləşdirməyə çalışıblar. İnsident səbəbindən sərnişinlərin əksəriyyəti işə, mənzil başına gecikiblər. Sürücü isə yenidən sükan arxasına keçib.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.