Cəmiyyət

QMİ-nin halal məhsulları ilə bağlı bəyanatına rəsmi münasibət

9 Aprel 2014 13:14
0 Şərh     Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) ancaq kəsim prosesinə nəzarət etməlidir"

APA-nın məlumatına görə, bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) "Halal" standartı ilə bağlı bəyanatına cavab verərkən deyib.

Onun sözlərinə görə, bu standartın hazırlanması dövlətin tələbidir: "Standartları dövlət tənzimləyir. Müsəlman aləmində olan halallıq məsələləri QMİ-nin daxili işləridir. Biz dövlət olaraq müəyyən olunan standartların tələblərinə uyğun sertifikatlarımızı veririk".

R.Həsənov deyib ki, bu məsələyə son qoymaq lazımdır: "Bizim müəyyən təşkilatlarımız sertifikatlaşdırma prosesini keçirir və "Halal" standartına uyğun sertifikat verir. Qafqaz Müsəlmanları İdarəsi isə kəsim prosesinə nəzarət edir".

Komitə sədri bildirib ki, standartların tələblərində də kəsim zamanı şəriətə uyğun olaraq surələr və dualar oxunmasının zəruriliyi qeyd olunub: "Şəriətə uyğun prosedurlar kolbasada və sosiskada istifadə olunan inqridientlərin kəsimi zamanı istifadə olunur. Təbii ki, halal kəsilmə məsələsi bizim işimiz deyil. Bizim vəzifəmiz yoxlamaqdır".

Komitə sədri bildirib ki, idxal olunan ətin üzərində halal kəsilmə ilə bağlı sertifikat gəlir: "Ölkəyə Hindistan və Braziliyadan hazır ət gətirilir. Bizim mütəxəssislərimiz həmin ölkələrdə kəsim prosesini izləyiblər. Bildiriblər ki, kəsim prosesi şəriətə uyğun şəkildə aparılır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.