Cəmiyyət

Siçovulun "dönər kefi"nə rəsmi reaksiya gəldi - YENİLƏNİB - VİDEO - FOTO

9 Aprel 2014 12:17
4 Şərh     Baxış: 2 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurum rəsmisi: "Bakıdakı dönər obyektlərinin azı 85 faizi sanitar gigiyenik normalara cavab vermir"

11:55

Sosial şəbəkələrdə yayımlanan siçovulun dönər yeməsi videosu böyük səs-küyə səbəb olub.

Video çox yüksək sürətlə paylaşılmağa başlanılıb.

Anspress-in verdiyi məlumata görə, videodan da aydın şəkildə görmək olur ki, kiçik bir siçovul balası dönərin üstündə gəzişir və arada özünə lazım olan qədər oradan qopardır. Heç kəsin ona mane olmadığını görən bu "kiçik qəhrəman" rahat şəkildə yedikləri həzm olunandan sonra təkrar qidalanır.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov anspress-ə açıqlamasında həmin hadisənin mütləq araşdırılacağını bildirib. Onun sözlərinə görə, həmin dönər obyekti mütləq bağlanmalıdır.

Ziyəddin Kazımov onu da etiraf edib ki, bu dəqiqə Bakıdakı dönər obyektlərinin azı 85 faizi sanitar gigiyenik normalara cavab vermir. Belə dönərxanalar da insan orqanizmi üçün real təhlükə mənbəyidir.

"Biz mütəmadi reydlər keçiririk. Lakin bu problemləri aradan qaldırmaq çox çətindir. Bir də görürsən ki, 1 kv.m-lik sahədə dönərxana açıblar. Həmin yerin nə su-kanalizasiya xətti normaldır, nə də, orada qida hazırlanması üçün normal şərait var. Məhsulun keyfiyyəti və mənbəyi də şübhəli olur. Belə yerlərdə həm siçan ola bilər, həm də həşərat", - deyə Ziyəddin Kazımov vurğulayıb.

Qurum rəsmisi vətəndaşlara da həmin dönərlərdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir: "Çalışmaq lazımdır ki, dövlət qeydiyyatından keçən dönər satılan obyektlərdən məhsul alsınlar. Dönər satılan yerin təmizliyinə fikir versinlər. Məhsulun keyfiyyəti və mənbəyilə maraqlanmaq lazımdır".

Milli.Az anspress-ə istinadən həmin kadrları sizə təqdim edir.

Milli.Az



------------
12:17

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.