Azərbaycanda irsi amillər nəticəsində onkoloji xəstəliklərə tutulma ehtimalından qorxan insanlar artıq bu xəstəliyə tutula bilib-bilməyəcəklərini əvvəlcədən, profilaktik məqsədlə yoxlaya bilərlər. Bu məqsədlə analizlər Azərbaycanda ilk dəfə olaraq yaradılmış Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində Molekulyar Onkologiya Laboratoriyası tərəfindən aparılacaq.
Laboratoriyanın müdiri Leyla Məlikova Trend-ə bildirib ki, Molekulyar Onkologiya Laboratoriyası baza laboratoriyadır. Burada reaktivdən asılı olaraq, istənilən bütün növ genetik xəstəlik üzrə analizlər aparmaq olar. Ancaq hazırda digər elmi tədiqaqatlarla yanaşı, irsən keçən süd vəzisinin mutasiyalarının aşkarlanması üçün də genin diaqnostikası aparılır.
L.Məlikova deyib ki, əgər qadının nənə, ana, xala və bacısında, yəni bir xətt üzrə onkoloji süd vəzisi xərçəngi müşahidə edilirsə, bu zaman həmin xəstədən şübhələnmək lazımdır. Çünki belə şəxslər risk qrupuna daxil edilmiş sayılırlar.
Onun sözlərinə görə, xəstəliklərin yaranmasına səbəb olan mutasiyalar iki cür olur. İrsən olan mutasiyalar ata-ana vasitəsilə uşağa ötürülür. Somatik mutasiyalar isə orqanizmdə sonradan əmələ gəlir. Onkologiyada baş verən mutasiyalar somatik mutasiyalar sayılsa da, 20-40 faiz hallarda nəsildən-nəslə ötürülən genlər sayəsində yaranan mutasiyalar da onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Laboratoriya müdiri qeyd edib ki, hər hansı onkogenlərin mutasiyası nəticəsində hüceyrə öz normal funksiyasını itirir. Nəticədə normal hüceyrə onkohüceyrəyə çevrilir: "BRCA1 və BRCA2 adlı iki gen DNT sintez olunarkən hər hansı yol verilmiş səhvin bərpası ilə məşğul olurlar. Ancaq həmin genlərdə mutasiya varsa və bu, ata-anadan usağa ötürülürsə, onda onun sintez olunduğu zülal özünün bərpaedici funksiyasını yerinə yetirə bilmir. Nəticədə isə bu, qadınlarda süd vəzisi və yumurtalıq, kişilərdə isə daha çox prostat vəzisi xərçənginin yaranmasına səbəb olur. 20-40 faiz hallarda bu gen mutasiya şəklində ata-anadan uşağa ötürülə bilir. Bu isə böyük faizdir".
L.Məlikova deyib ki, əgər genlərin mutasiyası ata-anadan uşağa artıq ötürülübsə, onda onların övladı artıq onkoloji xəstəliklərin yaranma ehtimalına görə yüksək risk qrupuna daxil olur. Bu halda isə onun molekulyar analizinin aparılmasına ehtiyac yaranır.
Qeyd edək ki, artıq bu laboratoriyada analizlər verən 29 yaşlı qadının süd vəzisi xərcənginə tutulma ehtimalının olduğu müəyyənləşdirilib. Anası, nənəsi süd vəzisi xərçəngindən rəhmətə gedən bu qadının da həmin xəstəliyə tutulma ehtimalı olduğundan onun üzərində əməliyyat aparılıb və qadın bu xəstəlikdən qurtula bilib.
Milli.Az
Sağlamlıq
Azərbaycanda səhiyyəsində ilk: onkoloji xəstəliklərə tutulma ehtimallarını öyrənmək mümkün olacaq
4 Aprel 2014 17:24
0 Şərh
Baxış: 2 152
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar