Cəmiyyət

Bölgələrdə sel təhlükəsi var

4 Aprel 2014 15:56
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaz aylarını yaşamağımıza baxmayaraq, qarlı hava şəraiti ölkəmizdə hələ də davam edir. Bu isə havalarin isindiyi təqdirdə çaylarda sululuğun artacağından xəbər verir. Odur ki, sel təhlükəsinin qarşının alınması işlərinə indidən start verilməlidir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Oğuzda da bu məqsədlə qabaqlayıcı tədbirlər həyata keçirilir. Oğuz rayonunda daşqınların daha çox qeydə alındığı çayların məcralarının təmizlənməsi işləri davam edir. Bəzi ərazilərdə bəndlər bərpa edilir, bəzilərində isə təbii bəndlər qurulur.

Qalaçay və Daşağıl çayı boyunca, Xalxal və Xalxalqışlaq istiqamətində əkin sahələrini sel sularından qorumaq məqsədi ilə bəndlərin qurulmasına xüsusi fikir verilir. Sel təhlükəsinin çox olduğu ərazilərdə hətta dəmir torlarla bənd bağlama işləri həyata keçirilir. Sel təhlükəsinin yaşandığı ərazilərdən biri də bolsulu çaylardan olan Türyançayın sağ sahilində yerləşən Mollalı kəndidir. 150 ailənin yaşadığı kəndi sel təhlükəsindən qorumaq məqsədilə hər il olduğu kimi, bu il də çay məcralarının təmizlənməsi və bəndləmə işləri aparılır. 500 metr uzunluğunda olacaq bəndləmə işləri yaxın vaxtlarda başa çatdırılacaq.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.