Sağlamlıq

"Tibbi sığorta haqqında" qanuna dəyişikliklər edildi

4 Aprel 2014 14:55
Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən iclasında "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib

Trend-in məlumatına görə, qanunun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən, tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır.

16-cı maddənin beşinci hissəsində "qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən" sözləri "qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında" sözləri ilə əvəz edilib.

17-ci maddədə isə "qanunvericiliyinə uyğun olaraq" sözləri "Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilib.

Qanuna dəyişiklər səsə qoyularaq qəbul edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.