Sağlamlıq

Azərbaycan apteklərində özbaşınalıqlar

4 Aprel 2014 11:32
1 Şərh     Baxış: 1 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən il ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə ölkə üzrə 310 aptekdə yoxlamalar aparılıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, yoxlamalar zamanı xüsusi razılıq sənədi (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanıb və fəaliyyəti dayandırılıb. Bundan əlavə, 11 əczaxanada reseptlə buraxılması zəruri olan preparatların reseptsiz buraxılması və yetkinlik yaşına çatmayanlara dərmanların satılması faktları Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən qeydə alınıb. Həmin apteklərə cərimə protokolları yazılıb.

Həmçinin keçirilən reydlər nəticəsində 8601 qutu Azərbaycanda dövlət qeydiyyatına alınmayan və yararlıq haqqında analiz protokolları olmayan, 65 qutu isə istifadə müddəti bitmiş dərman aşkarlanaraq müsadirə edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.