Sağlamlıq

Siz də xərçəng daşıyıcısı ola bilərsiniz

31 Mart 2014 18:30
0 Şərh     Baxış: 4 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu əlamətlər xərçəng xəbərçisidir

Xərçəng xəstəliyinin əlamətləri haqqında məlumatlı olmaq erkən diaqnoz sayəsində müalicə olunmağa kömək edir. Xərçəngdən qorunmaq və sağlam yaşamaq üçün orqanizmdə baş verən kiçik dəyişiklikləri belə, diqqətə almaq lazımdır.

Ailem.az oxucularını xərçəng xəstəliyinin xəbərçisi ola biləcək əlamətlərlə tanış edir.

Qarındakı şişkinlik 2 həftədən artıq davam edərsə...

Qarında şişkinlik və genişlənmə yumurtalıq xərçənginin əlaməti ola bilər. Qarında uzun müddət davam edən şişkinlik həm qadın, həm də kişilərdə düz bağırsaq xərçənginin də əlaməti sayılır.

Az miqdar yeməkdən sonra həzm problemi varsa...

Az miqdar yemək yedikdən sonra toxluq hiss etmək yumurtalıq, mədə xərçəngi əlaməti ola bilər. Mədəaltı vəz xərçəngi ən çətin müalicə olunan xərçəng növüdür. Həm kişi, həm də qadınlarda rastlana biləcək mədəaltı vəz xərçənginin digər əlamətləri iştahasızlıq, çəki azalması, gözlərin, cildin saralması, solğun olmasıdır.

Tez-tez sidiyə getmək...

Tez-tez sidiyə getmək, ya da belə bir istək olsa da sidiyə gedə bilməmək sidik kisəsi xərçənginin əlamətidir. Daha çox yuxarı yaşlarda kişilərdə rastlanan bu xəstəlik zamanı kişilərdə qırmızımtıl sarı və ya qırmızı sidik ifraz olunur. Tez-tez sidiyə getmək istəyi yumurtalıq xərçənginin də əlamətidir.

Döşdə ələ gələn düyün və dəyişikliklər varsa...

Döşdə yaranan düyün döş xərçənginin ən əsas əlamətlərindəndir. Bununla yanaşı, döşün böyük bir qismində şişkinlik, dərisində qızartı və rəng dəyişikliyi iltihablı və ölüm riski olan döş xərçənginin əlamətidir. Bu xərçəng növünə sadəcə qadınlarda deyil, kişilərdə də rastlamaq mümkündür.

İstəmədən çəki itirilirsə...

Səbəbsiz çəki itirilməsi mədə, mədəaltı vəz, ağciyər və böyrək xərçənginin əlamətidir. Səbəbsiz çəki itirilməsi dedikdə, insanın nə qədər yesə də yenə də arıqlamasıdır. Bununla yanaşı, bəzi insanlarda mədə bulantısı, qusma və halsızlıq halları olur.

Səs qısıqlığı uzun müddət davam edərsə...

Səs qısıqlığı bəzən qrip, soyuqdəymənin əlaməti ola bilər. Ancaq siqaret istifadə edən şəxs uzun müddət davam edən səs qısıqlığından əziyyət çəkərsə, həkimə müraciət etməlidir. Bu səs qısıqlığı qırtlaq və ağciyər, mədə, tiroid xərçənginin əlaməti ola bilər.

Dırnaqların üzərində cizgilərin yaranması...

Ayaq və əl dırnaqlarınızın üzərində yaranan tünd rəngli cizgilər dəri xərçənginin əlaməti ola bilər. Bununla yanaşı, dəridə xroniki yaralar, dəri vərəmi, yara izləri, bəzi xərçəng xassəli maddə tərkibli risk daşıyan rəngi, şəkli dəyişkən böyük xallar xərçəngə yol aça bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.