Sağlamlıq

Diş məcunu fırıldağı - ARAŞDIRMA

23 Mart 2014 14:48
3 Şərh     Baxış: 12 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların sağlamlığı ilə oyun davam edir

Hər gün vaxtiylə bizə faydalı və vacib olan nəyinsə əslində zərərimizə işlədiyi barədə xəbərlər eşidirik. Bu o deməkdir ki, bildiyimiz çox yalnış "xeyir"lər var. Məsələ ondadır ki, bəşəriyyət yaranandan bəri pul qazanmaq istəyi insanların sağlamlığını təhlükədə qoyacaq qədər çirkin əmələ çevrilib. Bu çirkinlik sürətlə davam etdirilir.

Bu yaxında maraqlı bir xəbərlə tanış oldum. Bu məlumat vacib məsələnin araşdırılmasına əsas verdi. Milli.Az qafqazinfo-ya istinadən istifadə olunan diş məcunlarıyla bağlı bildiklərimiz və bilmədiklərimizi nəzərinizə çatdırır.
 

Ftoru "vacib" elan edən ABŞ şirkətinin yalanı....

Son vaxtlar araşdırmaçıların ftor və ya onun birləşməsi olan flyorid haqqında "bilik" çəkişməsi davam edir. Sən demə, İllərdir, bəh-bəhlə aldığımız və işlətdiyimiz, üzərində "flyoridlə zəngin" yazılan diş məcunları orqanizmə ziyan imiş.

Ftorun və ftoridlərin (birləşmələrinin)xeyirli olması ötən əsrin 40-cı illərində ABŞ-ın ən böyük alüminium istehsalçısı olan ALCOA şirkəti tərəfindən ortaya atılıb. Məsələ ondadır ki, şirkət zavodlarının sənaye tullantıları arasında ftor birləşmələri xüsusi yer tuturdu. Bu da adı çəkilən şirkətə maddi cəhətdən zərər verirdi. İtirilən pulları geri qazanmaq üçün ALCOA nüfuzundan istifadə edib fırıldağa əl atdı. 1944-cü ildə şirkətin hüquq məsləhətçisi, ABŞ höküməti ilə sıx əlaqələri olan Oskar Yuinq siyasət planı qurdu. 3 il sonra ABŞ-ın təhlükəsizlik üzrə federal Agentliyinin rəhbəri olan Oskar insanların zərərinə işləyən ftorilizasiyası ilə bağlı siyasət və təbliğata dəstək verdi. Bayaqdan, sənaye tullantısı, toksiki maddə olan ftor diş məcunlarının tərkibinə-flyorid şəklində qatılmağa başlandı. İstifadə olunan sular ftorlaşdırıldı. Beləliklə, 1939-cu ildə zəhər hesab edilən ftor insanların dişlərini möhkəmləndirən, çürümə və kariesdən qoruyan "möcüzə"yə çevrildi. Onu da qeyd edim ki, təbliğat işində Oskara qardaşı, psixoloq Edvard L. Bernays da yardım etdi. O, insan beyninin idarə olunması barədə "Təbliğat" adlı kitabını yazdı. Bu qardaşlar həm də məşhur filosof, psixoloq Ziqmund Freydin yaxın qohumu idi. Məhz bu siyasət və psixoloqların koməyi ilə ftor böyük "xilaskar"a çevrildi. ALCOA şirkəti bu minvalla million dollarla pullar əldə etdi. Vaxtiylə, SSRİ zamanında da ftor və ya flyorid yaxşı tərəfi ilə təbliğ olunurdu. İkinci dünya müharibəsində alminiuma olan tələbat ftorun təbliğatı üçün geniş imkanlar açdı. İnsanların "sirli" şəkildə zəhərlənmələrinin "kəsf"inə isə vardı.


Flyoridin zərərləri nədir?

Ftor və ya onun birləşmələri təbiətdə mövcuddur. Mendeleyevin kimiyəvi elementlər cədvəlindən çoxumuza məlumdur.

O, bakteriyaları məhv etdiyi üçün diş məcunlarının tərkibində istifadəyə başlanılıb. Hər halda tibbin də satıldığını nəzərə alsaq, vaxtiylə təbliğat işində diş həkimlərinin də əvəzsiz rolu olub. Bir qisim həkimlər deyir ki, dişlərin daha tez-tez flyoridli məcunla təmizlənməsi ağır fəsadlara gətirib çıxara bilər. Ftorlu əlavə nəinki bakteriyaları, eləcə də insan orqanizmdəki hüceyrələrin də ölməsinə səbəb olar. Yaddaş pozğunluğu, beyin hüceyrələrinin iflası, hipofizin zədələnməsi, ciddi sümük xəstəliklərinə yol aça bilər. Flyoroz xəstəliyi- ftorla xroniki zədələnmədir ki, bunun nəticəsində dişlərin emal təbəqəsi sıradan çıxır.
 

Ftor soğanda, içdiyimiz çayda belə var...

Bəs gündəlik tələbatımızda istifadə edilən məhsullardakı ftor bizə niyə zərər vermir? Araşdırmaçılara görə, ftor orqanizmimizə təbii şəkildə daxil olduqda onun zərəri qisməndir. Söhbət sənaye tullantılarından alınan ftor birləşmələrindən gedir. Soğan, dəniz məhsulları, canlılarının eləcə də icdiyimiz qara və yaşıl çayın tərkibində ftor birləşmələri var.

Onu da qeyd edim ki, vaxtiylə ftorlaşdırılmış və baha qiymətə satılan su indi Avropanın demək olar ki, bütün ölkələrində qadağan olunub. Həmçinin ABŞ-ın bəzi əyalətlərində, Hindistanda, Yaponiya, Çində də bu qadağa qüvvədədir. Ötən il Yeni Zelandiyada flyoridə qarşı böyük kampaniya başlanmışdı. Amma hələ də dövlət bu barədə rəsmi qərarını açıqlamayıb.
 

Ftorun anti-təbliğatı davam edir

ABŞ Stomotoqlar Birliyi hələ də dövlət səviyyəsində flyoridlə mübarizə aparmağa nail ola bilmirlər. Bu arada ABŞ-ın məşhur tv aparıcısı Aleks Cones də özünün televiziya araşdırmalarında ölkəsinin pul üçün insanların sağlamlığını təhlükədə qoyduğunu bildirir.

Son illərin bu barədə ən maraqlı araşdırmaları isə BBC-nın jurnalisti və prodüsseri Kristofer Braysona məxsusdur. Onun "Ftor-böyük yalan" adlı kitabında vaxtiylə bu elementi "hörmət"ə qaldıran məşhur tibb allimləri Horald Xodj və Jerald Koks tənqid olunur. Eləcə də metal emalı tullantısı olan ftor birləşmələrinin zəhər olduğu, insan orqanizminə toksiki təsir göstərdiyi qeyd edilir.


Bəs nə edək? Dişin məcunla təmizlənməsi vacibdirmi?

Diş sağlamlığının qeydinə qalanlar nə etməlidir?


Bir qisim araşdırmaçılar bu vaxtadək istifadə olunan diş məcunlarının diş üçün hər hansı xeyirinin olmadığını bildirirlər. Bəs bunu deyənlər bu zamanadək harda idilər? Çaşbaşlıq çox insanın ağlını qarışdırır. Diş problemlərini qazanmamaq istəyirsinizsə, yenə də mütəxəsislər bir neçə variantı təklif edirlər. Flyoridli diş məcunundan uzaq durmaq, dəniz duzundan məcun yerinə yararlanmaq, ağız yaxalamaq üçün ev şəraətində məhlullar hazırlamaq, misvak deyilən çubuqlardan almaq. Bir də dişi təmizləmək üçün xüsusi saplar (flossun) var.
 

Məlum olduğu kimi, misvak (subak) arak ağacından əldə olunan xüsusi çubuqlardır. Hələ Qədim Babilistanda meydana gəldiyi deyilən, misvak daha sonra Şərq ölkələrində geniş istifadə olunub. Misvak tək dişlərin təmizlənməsi deyil, həm də ağız boşluğunun təravətləndirilməsi üçün də xeyirlidir. İbn Sina "Təbabət qanunu" adlı kitabında misvak haqqında ətraflı məlumat verib. Bir zamanlar avropalılar misvakdan istifadə edənləri qınayırdılarsa, sonralar özləri onun xeyirindən bəhs etməyə başladılar. İndi misvakdan hazırlanmış məlhəmlər və ya dərmanlar istehsal olunmaqdadır. Özü də bunu vaxtiylə Şərqi primitiv diş təmizləməsində məsxərəyə qoyanlar özləri edir. Başımızı da yeyən Qərb, bizə kələk gələn də onlar... Bəs bizimkilər nə deyir? Bu barədə sözümüz (bizdə belə məsələlər qulaqardına vurulur) olmasa da, araşdırmanı gözləyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.