Sağlamlıq

Hər artıq santimetr ölümə aparır

21 Mart 2014 23:24
4 Şərh     Baxış: 3 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikalı mütəxəssislər müəyyən ediblər ki, insanın beli nə qədər yoğundursa, onun ürək-damar, yaxud nəfəs yolları xəstəliyinə yoluxması riski bir o qədər çoxdur.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, müxtəlif ölkələrdən olan 600 min insan üzərində təcrübə aparılıb. Mütəxəssislər belə nəticəyə gəliblər ki, 100 sm bel ölçüsünə malik kişilərin həyatlarının müddəti 89 sm bel ölçüsü olanlara nisbətən 50% daha azdır.

Qadınlarda situasiya daha pisdir: 68,5 sm bel ölçülərinə malik qadınlara nəzərən 93 sm-dən yuxarı bel ölçüləri olanların ölümlə qəfil rastlaşmaq riski 80%-dir.

Alimlər deyirlər ki, bu minvalla hər artıq 5 sm kişilərdə ömrü 7%, qadınlarda 9% qısaldır. Onlar vurğulayırlar ki, bədənin çəkisi ilə piy indeksinin ömrün uzunluğuna təsiri yoxdur, bel ölçüsü isə əsasdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.