Cəmiyyət

Bakıda duman olacaq

16 Mart 2014 16:44
0 Şərh     Baxış: 2 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həftənin ilk iş günü Bakıda hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında martın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı gözlənilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 23 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacağı ehtimalı vardır.

Azərbaycanın rayonlarında da martın 17-də gecə və səhər havanın əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperaturun gecə 2-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Temperaturun gecə 3-8 dərəcə isti, gündüz 14-19 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı ehtimalı vardır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.