Cəmiyyət

Mehriyyəni kişi qadına nə zaman verməlidir?

1 Mart 2014 18:46
3 Şərh     Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mehriyyəni kişi qadına nə zaman verməlidir: kəbin kəsiləndən sonra yoxsa yalnız boşananda?

Milli.Az İslam.az-a istinadən bildirir ki, Mehriyyə qadının halal haqqıdır. Onu kəbindən sonra istədiyi zaman kişidən ala bilər. Hətta zifaf gecəsində mehriyyəni almadan yaxınlıqdan imtina etməsi də caizdir. Həmçinin, evlilik həyatı boyunca mehriyyəni öz ərinə bağışlaya bilər. Amma talaq verilən zaman kişi mehriyyəni qadına ödəməyə borcludur.

Talağın bəzi növlərində (xül və mübarat talaqları) əgər talağın təşəbbüskarı qadındırsa, yəni qadın boşanmaq istəyirsə, öz mehriyyəsini və hətta bundan da artıq olan əmlakını ərinə verərək (bağışlayaraq) talaq istəyə bilər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.