"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Alimlər şəhərciyi"ndəki mənzillər yalnız Akademiyanın nəzdindəki mövcud elmi təsisatlarda işləyən əməkdaşlara veriləcək". Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov deyib.
Onun sözlərinə görə, "Alimlər şəhərciyi"ndəki mənzillərin, əsasən, xidməti olacağı nəzərdə tutulur. Yəni mənzillər yalnız AMEA-nın elmi təsisatlarının əməkdaşlarına veriləcək: "Şəhərcik tikiləndən sonra müvafiq komissiya yaradılmalıdır. Komissiya mənzillərin təqdim olunacağı şəxslərın siyahısını tərtib etməlidir. Sonra həmin siyahı AMEA-nın Rəyasət Heyətində müzakirə olunacaq. Rəyasət Heyəti konkret qərar qəbul etdikdən sonra mənzillər AMEA-nın əməkdaşlarına təqdim olunacaq".
Qeyd edək ki, mövcud qanunverciyiliyə əsasən, xidməti mənzillər orada yaşayan vətəndaşlar tərəfindən satıla və ya başqasına hədiyyə edilə bilməz.
Şöbə müdiri bildirib ki, mənzillərin konkret olaraq ümumən kimlərə verilməsi, bu vaxt alimlərin elmi stajının, onların vəzifə və dərəcələrinin nəzərə alınıb-alınmaması ilə bağlı konkret meyarlar hələ müəyyən edilməyib.
S.Hüseynov onu da əlavə edib ki, "Alimlər şəhərciyi"nin layihəsi və yeri bəlli olsa da, onun tikintisi üçün nə qədər maliyyə vəsaitinin sərf olunacağı bilinmir. Bununla bağlı hər hansı tikinti şirkəti ilə də müqavilə bağlanmayıb. Hazırda bu məsələlərlə əlaqədar Rəyasət Heyətində müzakirələr aparılır.
Qeyd edək ki, çoxmənzilli yaşayış binalarından ibarət olacaq "Alimlər şəhərciyi" Yasamal rayonu ərazisində - Mərkəzi Nəbatat Bağının yaxınlığında salınacaq. Artıq şəhərciyin maketi də hazırdır. Maketdən görünür ki, şəhərcikdə hər biri təkbloklu olmaqla 7 binanın tikilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bununla yanaşı, Bakının Yasamal rayonu, Şərifzadə küçəsindəki ("Azad Azərbaycan" teleradio şirkətinin binasının yaxınlığında) AMEA yataqxanasının ərazisində tikilən yeni binalarda mənzillərin sayı 200-ə çatdırılıb. Həmin bina tikinti şirkətləri tərəfindən inşa olunub və orada Akademiya əməkdaşları üçün evlər ayrılıb.
Milli.Az
Cəmiyyət
AMEA-nın "Alimlər şəhərciyi"ndə kimlər mənzil ala bilər?
28 Fevral 2014 17:53
0 Şərh
Baxış: 2 895
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar
- "Şadam ki, qardaşım artıq əziyyət çəkmir" - Madonna
- Cemal Hünal rəsmən boşandı
- Ölkəmizdə Çin avtomobillərinə maraq necədir?
- Natiq Fərzəliyev baba olub
- Rusiya Odessada mülki gəmini vurdu: ölü və yaralılar var
- Qadın ərinin doğum günündə ona ikinci arvad hədiyyə etdi - ŞOK VİDEO
- Limon duzundan istifadə etməyin 3 YOLU
- Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOlar
- Türkiyədə beş min illik sirli qəbir tapıldı - FOTOlar
- Ancelina Coli nadir klassik avtomobilini hərraca çıxaracaq
- Dünyada ən zəngin qadın musiqiçi oldu