Cəmiyyət

Qar Azərbaycana qayıdır

5 Fevral 2014 12:31
34 Şərh     Baxış: 21 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Azərbaycanda şaxtalı hava davam edəcək, bəzi ərazilərə isə qar yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən axşam və gecə bəzi yerlərdə az qar yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə hava yağıntılı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyəcək isti təşkil edəcək. Dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Qeyd edək ki, fevralın 7-dən hava əvvəlki günlərlə müqayisədə nisbətən mülayimləşəcək, temperatur bir qədər yüksələcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.