Cəmiyyət

Regionlara gedən marşrutların qiyməti qalxıbmı?

5 Fevral 2014 10:50
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Soyuq havalar ucbatından Bakıda sərnişin avtobuslarının sayı adi günlərə nisbətən azalıb. Milli.Az-ın məlumatına görə, avtobus böhranından yararlanan taksi sürücüləri qiymətləri qaldırıblar. Bəzi şəhərlərarası marşrut avtobuslarında da qiymətlər qalxıb.

Day.Az saytının Elnur adlı oxucusu yazır ki, Bakı-Gəncə marşrutlarında qiymətlər süni şəkildə artırılıb.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı beynəlxalq avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevlə əlaqə saxlayıb. Abdullayev deyib ki, marşrutların qiymətlərinin qaldırılmasından söhbət gedə bilməz.

"Çətin meteoroloji şərait ucbatından ölkənin rayonlarına getmək istəyənlərin sayı azalıb. Hazırda sərnişinlərin azlığı müşahidə olunur. Əgər kimsə belə bir faktla üzləşibsə, bizə müraciət etsin, araşdıraq", - o əlavə edib.

Avtovağzalın növbə rəisinin sözlərinə görə, avtobusların hərəkət qrafikində heç bir dəyişiklik edilməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.