Cəmiyyət

Azərbaycanda molekulyar hidrogenin alınması üçün yeni tədqiqat işləri aparılır

16 Yanvar 2014 17:38
Baxış: 2 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda su və karbohidrogen sistemlərində dioksid sirkonium, alüminium oksid katalizatorlarının iştirakı ilə radiasiyanın təsiri altında molekulyar hidrogenin alınması istiqamətində elmi tədqiqat işləri aparılır.

İnstitutdan Trend-ə verilən məlumata görə, bu tədqiqat işləri AMEA Radiasiya Problemləri İnstitutunun "Heterogen proseslərin radiasiya kimyası" laboratoriyası ilə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Kinetika və Kataliz İnstitutu, Kurçatov adına Milli Tədqiqat Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Laboratoriyanın müdiri, kimya üzrə fəlsəfə doktoru Teymur Ağayev qeyd edir ki, su, metan, heksan və bu kimyəvi birləşmələrin su ilə qarışığından yaranan sistemlərin katalizatorun səthinə adsorbsiya edilmiş halda qamma şüalanması nəticəsində molekulyar hidrogenin və karbohidrogenlərin çıxımı homogen sistemə nisbətən xeyli artır. Bu hadisə isə katalizatordan əlavə enerjinin metan və heksanın su ilə sintezindən alınan sistemə ötürülməsi nəticəsində baş verir. Bundan əlavə, radiasiya kimyəvi proseslər zamanı bu sistemlərdə hidrogenin çıxımının temperaturdan asılılığı tədqiq olunur və müəyyən edilib ki, temperaturun artması reaksiya məhsullarının miqdarının artmasına gətirir və 400 dərəcə Selsi temperaturda isə artıq proses zəncirvari hal alır.

Alınmış nəticələr əsasında ilk dəfə olaraq sözügedən sistemlərin radiolizinin riyazi modelləşməsi nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.