Elə bir insan tapılmaz ki, Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılan "Qaraca qız" filminə baxmasın. "Qaraca qız"ın əsas qəhrəmanlarından biri Xədicə rolunun ifaçısı Leyli Axundovadır.
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, Leyli Axundova hazırda Bakı Xoreoqrafiya məktəbində çalışır. Ailənin tək övladı olan aktrisa sözügedən filmdə öz həyatını oynadığını bildirib:
"Burada mən öz həyatımı canlandırmışam. Uşaqlığım zəngin bir ailədə keçib, xüsusi tərbiyə almışam. 134 saylı məktəbi bitirmişəm. Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfində dərs almışam. Daha sonra Moskva Xalq İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil aldım. Atam həmişə istəyirdi ki, rəssam olum. "Qaraca qız" filminə çəkiləndə ikinci sinifdə oxuyurdum. Bir çox bağlı qapılar o filmə görə üzümə açılıb. Filmin çəkilişi 8 ay davam etdi. Oradakı qaraçıların hamısı Moskvadan gəlmişdi. Çəkiliş zamanı mənə fala baxmağı da öyrətmişdilər. Hətta falıma baxıb nə demişdilərsə, sonradan hamısı düz çıxdı. Demişdilər ki, sən orqan işçisinə ərə gedəcəksən, amma heç vaxt səni sevməyəcək. Filmdə bəzi kadrları çətinliklə çəkmişdik. İlanın məni sancdığı an ən qorxduğum məqam idi. İlandan elə qorxmuşdum ki, üç gün 40 dərəcə qızdırmada yandım. Atam bu xəbəri eşidəndə anamı danlamışdı".
Hazırkı həyatından danışan L.Axundova iki qızı və iki nəvəsi olduğunu deyib:
"Qızlarımdan çox razıyam. Onlar da mənim kimi çox emosionaldırlar. Filmdə anam çox sərt idi. Elə həyatdakı anamla bənzəyirdilər. Amma mən qızlarıma sərbəstlik vermişdim. Keçmiş həyat yoldaşım da məni heç qısqanmırdı. İndi həyatımda yeni sevgi var. Bir neçə il bundan əvvəl bir insanla tanış oldum və evləndik. Məndən yaşca kiçikdir. Nikaha daxil olana qədər bunu məndən gizlətdi. İndi çox xoşbəxtəm. Mənə bir neçə şeir həsr edib. Özü də çox qısqancdır".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
"Qaraca qız"ın qəhrəmanı: "Mənə dedi ki, həyat yoldaşın səni heç vaxt sevməyəcək" - FOTO
9 Yanvar 2014 13:58
4 Şərh
Baxış: 10 790
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Yaradıcı layihəyə başlamaq olar
- 102 yaşlı veteran təltif edildi - FOTO
- Bakıda məşhur hoteldə nə baş verib? – TƏFƏRRÜAT - VİDEO
- 32 il sonra Laçında beşiyini TAPDI - VİDEO
- Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
- Günün qoroskopu: Ev işləri yorğunluq gətirməyəcək
XƏBƏR LENTİ
- 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
- Günün qoroskopu: Yaradıcı layihəyə başlamaq olar
- Putinlə Paşinyanın görüşü keçirilir
- Tanınmış jurnalist icra başçısının müavini təyin edildi - FOTO
- Şagird direktoru öldürdü – Türkiyədə kəskin etiraz başladı
- "Yalı çapkını" Nyu-Yorkda - FOTO
- “Qəbələ”nin yeniyetmə futbolçuları Gəncədə döyüldü - FOTO
- "Real" "Bavariya"ya qarşı - CANLI
- Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz
- Ukrayna rəsmən elan etdi: Döyüşə məhbuslar gedir
- Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
- Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun
- Meteohəssas insanlar üçün sabahın PROQNOZU
- Aİİ-nin növbəti sammitinin yeri və vaxtı açıqlandı
- Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik
- AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu
- Britaniya rus səfirliyini də hədəf aldı
- Kartofun əzilməməsi üçün BUNU EDİN
- Cennifer Lopezin bu libasını modelyerlər 800 saata hazırlayıblar
- Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi…
- Rusiyasız sülh şansı azdır - Ərdoğan
- Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq
- "Qarabağ" nə vaxt mükafatlandırılacaq?
- Ərdoğan: “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır”