Cəmiyyət

Qəhrəman gizirimiz həlak oldu - FOTO

9 Aprel 2025 10:57
Baxış: 2 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın qəhrəman övladlarından biri 44 günlük Vətən Müharibəsinin iştirakçısı, 25 il hərbi peşəsində qüsursuz xidmət göstərən, bütün hərbi əməliyyatlarda xüsusi ustalıqla və fədakarlıqla iştirak edən baş gizir Məhəbbət Həsənov vəfat edib.

Milli.Az xəbər verir ki, ilkin məlumata görə, onu avtobus vurub. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Həsənov hərbi xidmətdəki illər ərzində göstərdiyi yüksək peşəkarlıq və vətənə olan bağlılığı ilə tanınırdı. O, bir çox döyüş əməliyyatlarında ön sırada yer alaraq, özünü qəhrəmanlıq və cəsarət nümunəsi kimi tanıtdı. Vətən müharibəsi zamanı göstərdiyi hünər və fədakarlıq onun adını tarixə yazdırıb.

Mehman Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.