Şou-biznes

"Sırğa varımdı, bir dənə də pirsinq edəcəm" - Ramal - VİDEO - FOTO

19 Aprel 2017 11:55
10 Şərh     Baxış: 2 177

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı, tanınmış müğənni Ramal İsrafilov olub.

Milli.Az xəbər verir ki, "Çətini körpünü keçənə kimidir" deyib, körpüdə olarkən sənətini nümayiş etdirən müğənni, indi artıq çağırılan yeri ar, çağırılmayan yeri isə dar eləmək istəmədiyini bildirib:

"Getdiyim yeri seçirəm. Dostlar dəvət edən yerə çalışıram ki, gedim. Deyir, çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə. Yəqin çağırılmıram, görünmürəm, çağırılıram, görünürəm.

Əvvəl çox istəyirdim ki, yaradıcılığımı göstərsinlər, efirlərə çıxım. Ancaq indi efirlərə gedəndə seçib gedirəm".

Daha sonra Ramal, saçını növbəti dəfə rəngliyib, üstəlik formasını da dəyişməsindən söz açdı:

"Hər şey. Mən əgər bu libasda, bu saç düzümündə rahatamsa, düşünürəm ki, olar. Əgər narahatamsa, demək, olmaz. Ruhum rahat olmalıdır.

Adı müğənnidirsə, hər şeyi edə bilər, yox. O, ancaq tamaşaçıları üçün yenilik etməlidir. Sözsüz ki, həddini aşmamaq şərtilə. Mən çox vaxt daha əyləncəli görünürəm. Bəzən çox ciddi görünürəm. Çalışıram ki, fantaziyalı görünüm. Ona görə də, yaraşanı etmək lazımdır".

İlk dəfə edəndə evdə qınaq olurdu. Valideynlər, tanıyanlar deyirdilər ki, sən də saçını belə etmisən? Artıq bu cür fikirlər yoxdur. Elə bil ki, o addmı atmaq lazımıydı".

Müğənni bununla yetinməyib, çəkisini azaltmağından da danışdı:

"Çalışıram ki, bir az arıqlayım. Göbəyim var idi. Çalışıram ki, əridəm. Hazırda iki kilo atmışam. Hamısı göbəkdi. Artıq çəkim yoxdu. Əvvəl 71-72 kilo idim. İndi isə 68 kiloyam. Hədəfim 62-63 kilo olmaqdır".

Od olmayan yerdən tüstü çıxarıb Ramalın ikinci dəfə ata olacağı ilə bağlı yayılan şaiyələrə isə müğənni özü aydınlıq gətirib:

"Yox, yalandır. Ancaq gözəl xəbərdir. İnşallah, Allah qismət etsin, yalan yox, doğru xəbər olsun. Hərdən od olmayan yerdən tüstü çıxır. Təki olsun, hamı sevinsin, mən hamıdan çox sevinəcəm. Belə bir şey olsa, gizlətmərəm. Ailəmizə yeni biz üzv gələcək, sevinərəm, ancaq hələlik belə bir şey yoxdur".

Sonda fərqli bir üslubda fanatları qarşısına çıxacağını söyləyən ifaçı Castin Biber tərzi oxumaq istədiyini bildirib:

"İçində Ramal olmaq şərti ilə, özüməməxsus xırdalıqlar olmaqla arembi, pop, rep oxumaq istəyirəm. Castin Biber tərzi oxumaq istəyirəm. Sırğa varımdı. Bir dənə də pirsinq edirik. Saçı da dəyişirik. Bi raz da fitness".

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Sırğa varımdı, bir dənə də pirsinq edəcəm" - Ramaldan Castin Biber tərzi

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Aprel 11:5875

    Allah etuvu toksun, kimdi senin pirsinqve baxan , ay brat neyleson xeyri yoxdu,sou biznesin nebzin tuta bilmirsen , tak şto ozuvu yorma ,canuva yaziqdi.

    Cavab yaz
    • Anonim
      Hxhxn · 19 Aprel 12:1236

      Sene qalmayib ozu biler

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 19 Aprel 12:2451

        Sene de qalmayib, ozum bilerem..

        Cavab yaz
  • Anonim
    marixuanna · 19 Aprel 13:2611

    esra besdi hamiya agsaqqaliq eledin

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 19 Aprel 13:2930

      Eh sende nediiii??? Serhinizi yazunda ne isteyirsiz Esradan Esra olmesinnnn besdirunnnnn!!!!!

      Cavab yaz
      • Anonim
        marixuanna · 19 Aprel 13:3402

        biz senden hecne, sen ne istirsen bunlardan imkann oz iwini gorsunler..

        Cavab yaz
        • Anonim
          Esra ibrahimli (Samaxi) · 19 Aprel 14:3240

          Guya imkan vermirem, onsuzda oz islerin gorurlerde gelib menim islerimi gormurlerki,Menim serhimin yanina niye bitmisiz,ne yaziram boyrunde esraya, ne yaziram yaninda esraya ay balam ne vermisiz mene ala bilmirsiz???

          Cavab yaz
  • Anonim
    rusiyadan · 19 Aprel 13:5620

    Pirsinqide tax gör sora ne qaldi

    Cavab yaz
  • Anonim
    · 19 Aprel 18:1820

    Pirsinqi dilive eletdirersen.Oxumagin zor olacey atam

    Cavab yaz
  • Anonim
    Xuraman · 19 Aprel 21:1711

    Esra xanim Ramal cox gozel oxuyur coxda gozel muqennidir şoubiznesinde cox gozel nebzini tutur qaldi ki bawqa weylere oz şexsi iwidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.