Şou-biznes

Nigar Camalın Londondakı evi - VİDEO

29 Mart 2017 16:39
21 Şərh     Baxış: 4 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Bizim xaricilər" verilişi "Eurovision 2011" qalibi Nigar Camalın Londondakı evində qonaq olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, evini, oradakı həyat tərzini nümayiş etdirən müğənni bildirib ki, kriminal şəhərdə yaşayır:

"Ona görə də evin qapısında çoxlu kilid var. Burada qaz, işıq çox bahadır. Azərbaycandakı kimi qaz, işıq pulunu ödəməyəndə pulyığan qapıdan qayıtmır. Birbaşa məhkəməyə verir, cərimə ödətdirirlər. 

Burada qışqırmaq olmaz, mənsə əməl etmirəm. Ona görə də həftədə bir dəfə qonşulardan şikayət məktubu alıram.

Hər zibili ayrı qaba atmalısan. Mənsə hamısını bir torbaya yığıb, eyni yeşiyə tullayıram. Bu yaxınlarda qonşu şikayət məktubu yazıb ki, zibilləri ayırın. Əgər əməl etməsəm, məhkəməyə verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.