Şou-biznes

"Qadınların sponsoru olur, amma bəzi kişilər də var ki.." - VİDEO - FOTO

24 Oktyabr 2016 14:21
10 Şərh     Baxış: 3 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlara sponsorluq edirlər, kişiyə nə sponsor?

ARB TV-nin "Evgördü" verilişinə qonaq olan müğənni Səyyad Əlizadə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, ifaçı sponsorluq təkliflərini qəbul etmədiyini bildirib:
"Albomlarımın bütün xərcini özüm çəkirəm. Nə qədər ki, yaşayıram, səsim buna imkan verir daima yeniliklər üçün çalışacam. Kişilərin sponsoru olmur. İndi kişi olmaq çətindir. Sponsorlar qadınlar üçündür. Kişilərə nə sponsor? Adətən qadınlar üçün sponsorlar olur. Amma bəzi kişilər var ki, dostlarından istifadə edirlər. Mənə də təkliflər gəlib, qəbul etməmişəm. Mən xoşbəxt insan deyiləm. Xoşbəxt insan olmur, xoşbəxt anlar olur".

Daha sonra müğənni verdiyi borclardan danışıb:
"Yalvarıb borc istəyirlər, sonra qaytarmırlar. Peşman da olursan borc verdiyinə".

Səyyad Əlizadə "Bəyaz gecələr" mahnısının tarixçəsindən danışıb:
"O mahnı reallıqdan götürülüb. Mənim həyatımdır. Mən sevdiyim şəxslə - indiki həyat yoldaşımla aylı gecədə görüşmüşəm. Albom Türkiyədə çıxmalıydı. Hələ ortada mahnı, şeir yox idi, amma mən adı düşünmüşdüm. Dostum İlham Mirzəliyevə danışdım əhvalatı, onun yazdığı şeir xoşuma gəldi. Gördüm ki, bu reallığı əks etdirir. Bunu Cabbar Musayevə təqdim etdim, 15 dəqiqəyə hazırladı. Fikrləşmirdim ki, bu qədər seviləcək".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.