Şou-biznes

Nazimi 8 kiloqram arıqladan pəhrizi

14 İyun 2016 14:33
5 Şərh     Baxış: 2 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni-bəstəkar hacı Nazim Məmmədov 2 ay ərzində 8 kiloqram arıqlayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Hər şey daxil" verilişində pəhrizindən bəhs edib:

"Bütün kəmərlərim, şalvarlarım dərziyə getməlidir. Hər ay normal 4 kiloqram arıqlamalısan. Ondan artıq arıqlamaq sağlamlıq üçün ziyandır. 

Gündə 4 dəfə, amma az-az yeyirəm. Süfrədən duranda yeməklərdə gözün qalmalıdır. Hər gün ət yemək mütləqdir. Amma bunu toyuq, balıq və mal əti ilə əvəzləyin. Məsələn, bu gün toyuq yedinizsə, bir də 4 gündən sonra qəbul edin. Orqanizmi zülalla təmin etmək üçün yumurta ağından istifadə edin. Beləcə, rahat arıqlaya bilərsiniz".

Digər maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.