Şou-biznes

Müşviq: "Nə filmdə, nə də real həyatda öz yarımı tapa bilmirəm" - FOTO

7 İyun 2016 13:53
3 Şərh     Baxış: 1 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gizlənpaç" filminin prodüseri və baş rolundakı qəhrəmanlardan biri olan Müşviq Şahverdiyev Milli.Az-a açıqlamasında bildirib ki, 1 həftəyə çəkilişlər başlayır:

"Artıq hər şey hazırdır. 1 həftə sonra çəkilişlərə start veririk. Kastinqdə seçilənlərlə də yekun hazırlıqları gördük. Artıq prodakşınımız, texniki heyətimiz, aktyor komandamız - bir sözlə, bütün hamımız filmin çəkilişlərinə startı gözləyirik. Biz sözümüzü orada deyəcəyik. Və oktyabr ayında "partlayış" edəcəyik. Tamaşaçılardan xahiş edirəm ki, bizi izləsinlər və dəstək olsunlar. Çünki onlar üçün işləyirik və onların sayəsində bu gün uğur qazanırıq. Sadəcə, bir böyük problem qalıb, o da mənim filmdəki sevgilim. Bu rol üçün bir sıra aktrisalarla əlaqə saxlasaq da, hələ ürəyimə yatan yoxdur. Sanki filmlə həyatım prototiplik təşkil edir. Çünki nə filmdə, nə də real həyatda öz yarımı tapa bilmişəm. Həyat yoldaşı barədə bəxtim gətirmir. Anam da həmişə məni danlayır bu mövzuya görə. İnanıram ki, yaxın zamanda öncə filmdəki sevgilimi, daha sonra anamın gəlinini tapacam (gülür)". 
 
"Gizlənpaç" filminin informasiya dəstəyi - Milli.Az, Day.Az, Trend.Az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.