Şou-biznes

Afaq: "İkinci dəfə ailə həyatı quraram" - FOTO

6 May 2016 12:08
9 Şərh     Baxış: 6 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-nin aparıcısı Afaq Gəncəli geyimlərindən danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən aparıcı ən bahalı libasının qiymətini deyib:

"Bu gün üstümdə ən bahalı aksessuar çantamdır. "Roberto Cavalli"dəndir, qiymətini demək istəmirəm. Əynimdəki digər libasların ümumi qiyməti 900 manatdır. Pulumun çoxunu libaslara xərcləyirəm, alış-verişi sevirəm. Ən bahalı paltarıma 2 min manat vermişəm.
 
Qarderobumdakı ən ucuz geyimin qiyməti 50 manatdır. Brendləri sevirəm. Amma o qədər pulum yoxdur ki, həmişə brend alım. Brend libaslar mənə daha çox hədiyyə verilir".

Milli.Az big.az-a istinadən xəbər verir ki, tanınmış aparıcı Afaq Gəncəli "ikinci dəfə ailə həyatı qurarsınızmı?" sualna cavab verib.

"İkinci dəfə ailə həyatı quraram. Əslində mənə evlilik təklifləri çox gəlir. Amma mən aparıcı olaraq mənim fanatım olan insanla deyil, xanım olaraq mənə fanatlıq edən biri ilə ailə quraram. Fanatlarım tez-tez sevgi etirafı edirlər mənə... Ancaq onlardan hər hansı biri ilə evlənmərəm".

A. Gəncəli aktrisa kimi özünü sınamaq istədiyini dilə gətirib: 

"Mən əslində aktrisayam, bu sahə üzrə təhsil almışam. Aktrisa kimi özümü sınamaq istəyirəm. Amma ssenari ilə qabaqcadan mütləq tanış olmalıyam".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.