Şou-biznes

Mətanət İsgəndərlinin qızı ikinci dəfə nişanı qaytardı - FOTO

13 Oktyabr 2015 14:11
23 Şərh     Baxış: 24 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər nişanını qaytarıb. Lent.az-ın məlumatına görə, buna səbəb əməkdar artistin qızının nişanlandığı bəylə xasiyyətlərinin uyğun gəlməməsi olub.
 
Məsələ ilə bağlı əməkdar artist M.İsgəndərli ilə əlaqə saxladıq. O isə mövzuya özünün yox, mətbuat katibi Zəminə Rüstəmovanın münasibət bildirəcəyini söylədi: "Bu suala mən yox, mətbuat katibim cavab verəcək".
Mətbuat katibi də xəbəri təsdiqlədi: "Mətanət xanımın qızı Ülkər nişanını qaytarıb. Səbəbsə xasiyyətlərinin uyğun gəlməməsi olub. Ülkər hazırda ailə qurmaq barədə düşünmür. Bütün diqqətini təhsilinə yönəldib".
 
Xatırladaq ki, M.İsgəndərlinin qızı Ülkərin nişanı 2013-ci il oktyabrın 30-da mediaya qapalı olmuşdu. Həmin vaxt əməkdar artistin qızının nişanına daxil olmaq istəyən media nümayəndələri restoranın qarşısında duran cangüdənlərin kobud rəftarı ilə üzləşmişdilər.
 
Qeyd edək ki, M.İsgəndərlinin qızı 2009-ci ildə də başqa bir bəylə nişanlı olub. O zaman isə M. İsgəndərli qızının nişanı qaytarması ilə bağlı bu sözləri demişdi: "Onları barışdırmaqdan hər iki valideynlər yorulub, qoy indidən yolların ayırsınlar, əgər bir-birlərini həqiqətən sevirlərsə, barışacaqlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.