Şou-biznes

Röya onu söyəni tapdı, "razborka" apardı: GİZLİ ÇƏKİLİŞ - VİDEO - FOTO

23 May 2015 12:51
38 Şərh     Baxış: 36 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı müğənni İnstagram səhifəsində onu söyən şəxsi tapdı

Milli.Az xəbər verir ki, tanınmış müğənni Röya Ayxan onun rəsmi İnstagram səhifəsində Elnur adlı şəxs tərəfindən söyülüb. Müğənni həmin şəxslə bağlı polisə müraciət edib və onu tapıb. 

Daha sonra müğənni həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb. Röya Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də olub və söhbəti gizli kameraya çəkib. 

Həmin görüntüləri şəxsi səhifəsində paylaşan Röya bu sözləri yazıb: "Mənim əzizlərim, İnstagram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi?

Kim hansı qiyməti istəyir onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən? 

Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi "......". Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq! - Röya deyib. 

Ceyhun Ələkbərov

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.