Şou-biznes

Azərbaycanlı müğənni oğurluqda ittiham olunur - VİDEO

15 May 2015 10:22
0 Şərh     Baxış: 5 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənc müğənni Aytac Vidadiqızının son təqdim etdiyi "Sevirəm" adlı mahnısının ətrafında qalmaqal yaşanıb. Müğənnini mahnı oğurluğunda ittiham ediblər.

Milli.Az ittiham ilə bağlı Aytac Vidadiqızı ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

"Mən deməmişəm ki, mahnının musiqisi mənə aiddir. Mən ifa etdiyim "Sevirəm" adlı mahnının sözlərinin müəllifiyəm. Düzdür, mahnının xarici bəstə olduğunu da deməmişəm. Sadəcə ifa edib tamaşaçıların ixtiyarına buraxdım. Mahnıya o qədər vurulmuşdum ki, onu özəlləşdirmək istədim. İfamda da necə ürəkdən, hansı hisslərlə ifa etdiyim açıq-aydın hiss olunur. Nə gizlədim, mahnının müəllifi Hakim adı ilə məşhur olan Mərakeş və İspan müğənnisi Abdelhakim Bouromanedir. Mahnıda olan pop-musiqinin flamenko və ərəb ritmləri ilə sintezi mənə tamam ayrı həzz yaşatdı".

Milli.Az-a açıqlamasında Aytac Vidadiqızı həmçinin niyə mahnını təqdim edərkən bu nüansı gizlətməsinə aydınlıq verib:

"Mahnı o qədər gözəldir ki, istəmədim ifama qulaq asan dinləyicinin fikri ayrı yerə yönəlsin. İstədim sırf məni, yaşadığım hissləri yaşaya bilsinlər. Bu səbəbdən mahnının musiqisinin müəllifini açıqlamadım".

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin.
фото

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.