Şou-biznes

Xoşqədəm Hidayətqızı toyunda ağladı - YENİLƏNİB - VİDEO - FOTO

26 Dekabr 2014 11:35
54 Şərh     Baxış: 71 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

26.12.2014
11:35

Dünən "Kempiski" otelində tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ilə türkiyəli müğənni Doğuşun toy mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, Doğuş xanımına xitabən: "Xoşqədəm, nə yaxşı ki, həyatıma gəldin. Hər zaman yanımda olmağını istəyirəm", - sözlərini deyib.

Sonra Doğuş və Xoşqədəm canlı mahnı ifa ediblər. İfadan sonra gecənin ifaçıları - əməkdar artistlər Cavanşir MəmmədovFiruzə İbadova "Bir şarkısın sən" mahnısını səbəbkarların şərəfinə oxuyublar.

Doğuş məclisin gedişində "Kal benim için" və "Ben insan deyilmiyim" mahnılarını ifa edib.

Qeyd edək ki, toyda siyasət adamları, ziyalılar, habelə xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Afaq Bəşirqızı, Firəngiz Mütəllimova, Faiq Ağayev, Mələkxanım Əyyubova, əməkdar artisti Lalə Məmmədova, rəqqasə Fatimə Fətəliyeva və digər tanınmışlar iştirak ediblər.

---------------
25.12.2014
21:38

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bakıda keçirilən toyda qonaqlar qarşısında çıxış edərkən keçmiş günlərini xatırlayan aparıcı göz yaşlarını saxlaya bilməyib:

"Ulu öndər Heydər Əliyevin sayəsində təhsil almışam. Çox əziyyət çəkmişəm. Tək başına övlad böyütmüşəm. Bu gün deyirlər ki, oğlum toyda iştirak etməyəcək. Bu xəbərlər məni üzür. Amma o xaricdə təhsil alır. Hazırda yoldadır, özünü çatdıracaq". 

Xatırladaq ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə həyatı qurur. Onlar bu ilin oktyabrında Türkiyədə rəsmi nikah bağlayıblar.
 

---------
21:21

Bu gün Bakıda Xoşqədəm Hidayətqızı və tanınmış türkiyəli müğənni Doğuşun toy mərasimi keçirilir.

Milli.Az atvxəbər.az-a istinadən bildirir ki, toyda Doğuşun və Xoşqədəm Hidayətqızının ailə üzvüləri, həmkarları, tanınmış incəsənət xadimləri iştirak edirlər.

Gəlin və bəy salona daxil olan zaman medianın suallarını da cavablandırıblar. X.Hidayətqızı qeyd edib ki, bu gün onun həyatının ən xoş günüdür:

"Hamı elə bilirdi ki, bu serialdır. Lakin sübut etdim ki, bu nə serialdır, nə də kinodur. İştirak edənlərin hamısı yaxınlarımdır. Bu günü parti kimi də qələmə verə bilərəm".

Toyu əməkdar artist Murad Dadaşov idarə edir.

Toy mərasimini Türkiyədən gəlmiş çox sayda jurnalistlər də işıqlandırırlar.

Qeyd edək ki, X.Hidayətqızı və Doğuş oktyabrda Türkiyədə rəsmi nikaha giriblər.


---------
18:18


Bu gün Bakıdakı tanınmış məkanlardan birində tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı və tanınmış türkiyəli müğənni Doğuşun toy mərasimi keçiriləcək.

Toy mərasimində Doğuşun anası, bacıları və digər yaxın qohumlarının, Hidayətqızının yaxınlarının, həmkarlarının, həmçinin dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Toyu əməkdar artist Cavanşir Məmmədov idarə edəcək.

Milli.Az publika.az-a istinadən bəy və gəlinin toydan bir neçə dəqiqə öncə çəkilmiş fotolarını təqdim edir.


----------
09:57

Bu gün aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli ifaçı Doğuşun toyudur.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, Bakıda baş tutacaq toy mərasimində ölkənin sayılıb-seçilən ziyalıları, dövlət adamları, sənətçilər iştirak edəcəklər. Mərasimi lentə almaq üçün Türkiyədən jurnalistlər də Bakıya gəliblər.

Qeyd edək ki, X.Hidayətqızı və Doğuş oktyabrda Türkiyədə rəsmi nikaha giriblər.

Milli.Az

------------------
26.12.2014
11:35

Böyütmək üçün şəkillərə klikləyin.



----------
09:19


Böyütmək üçün şəkillərə klikləyin.




фото


----------
21:20


Böyütmək üçün şəkillərə klikləyin.



18:18



----------
09:57


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.