Şou-biznes

Azərbaycanın tanınmış müğənnilərinin adları pul qalmaqalında

29 Sentyabr 2014 20:53
1 Şərh     Baxış: 4 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Adam içində" verilişində şok açıqlamalar olub

Bu gün ANS-in efirində yayımlanan "Adam içində" verlişində növbəti qalmaqalın əsası qoyulub.

Anspress-in məlumatına görə, verilişə gələn Elmir adlı şəxs şou-biznes nümayəndələrinin bəziləri ilə bağlı şok açıqlamalar verib.

O bildirib ki, Moskvada yaşadığı müddətdə bir qrup dələduz ona 4 min dollar pul "atıb". Elmir iddia edir ki, həmin qrupun tərkibində Azərbaycanın estrada müğənniləri də olub.

Şikayətçi Elmir Moskvada restoran işlətdiyini və 2010-cu il noyabr ayından Vasif Şahbazovu tanıdığını deyib.

"Bir gün Vasif Şahbazov bir nəfərlə mənə yaxınlaşaraq beynalxalq şəbəkə biznesinə qoşulmağı təklif etdi. Vasif dedi ki, bu işdə yaxşı qazanc var. O dedi ki, müğənnilər Niyaməddin MusayevElariz Məmmədoğlu da bu şəbəkədədir", - deyə Elmir bildirib.

Verilişdə müğənni V.Şahbazov da iştirak edib. Elmir studiyada Vasif Şahbazovu fırıldaqçı adlandırıb.

Niyaməddin Musayev və Elariz Məmmədoğlu ilə əlaqə yaradıb məsələyə münasibətlərini öyrənmək istədik. Lakin onlarla əlaqə saxlamaq mümkün olmadı.

Məsələ ilə bağlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.