Şou-biznes

Azərbaycanlı müğənnidən "ehtiraslı" FOTOSESSİYA

17 Sentyabr 2014 14:16
35 Şərh     Baxış: 15 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elit star" Cəmilə yeni fotosessiya etdirib

Yeni fotosessiyasını publika.az-a təqdim edən sənətçi illər öncəki görünüşünü xatırladıb.
 
Erotik hesab oluna biləcək fotoların da yer aldığı fotosessiyasıyla bağlı Cəmilə bunları deyib:

"Yenilik etmək qərarına gəldim və bu fotosessiyanı etdirdim. Əminliklə deyirəm ki, şou-biznesin ən gözəl qadını mənəm. Həmişə də gözəlliyim başıma bəla olub. Amma mənə verdiyi gözəlliyə görə Allahıma şükür etmişəm. Adicə toya gedirəm, qızım yaşında olan müğəninlər mənə həsəd aparırlar.

Ay balam, sənin atan-anan gözəl olmayıb axı, sən də gözəl olasan. Oğlanlarım da çox yaraşıqlı, boy-buxunludurlar, xarici oğlanlara oxşayırlar. İstəyirlər baxsınlar, üzümdə, bədənimdə heç bir deffektim yoxdur. Neçə illərdir 90-60-90 ölçülərdəyəm".

Sənətçi formada qalmasının sirrini də açıqlayıb: "Heç vaxt heç kimə paxıllıq etməmişəm, qibtə hissim yoxdur. O qədər imkanlı deyiləm. Mənim var-dövlətim təmiz ürəyim və gözəlliyimdir".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.