Şou-biznes

Teleaparıcı Zaur: "O bunu başqa Zaura deyib"

19 Avqust 2014 09:56
1 Şərh     Baxış: 5 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Teleaparıcı Zaur Kamal "5 də 5" verilişində haqqında yazılan xəbərə sərt cavab verib
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Zaur Kamal canlı efir zamanı şayiələrə son qoyub.

O, xalq artisti Nisə Qasımovanın onun ünvanına yolladığı "mən sənin üçün çaşka-lojka" deyiləm sözlərinə belə cavab verib.

"Əvvəla, haqqımda doğru xəbər yazan hər kəsə minnətdaram. Bu yaxınlarda facebook dostlarımdan biri mənə yazdı ki, Zaur, xəbərin var, Nisə Qasımova səni təhqir edib? İnanmadım buna. Çünki bu yalnış məlumatdır. Nisə xanımla mən dostam. Onun mənə, mənim ona böyük hörmətim var. O, həmin sözləri mənim ünvanıma yollamayıb. Nisə xanım "5 də 5"-də qonaq belə olmayıb.

Münasibətimiz də çox gözəldir. O, başqa Zaura bu sözləri ünvanlayıb. Yəqin, bu xəbəri yalandan yazan jurnalistin cəsarəti çatmayıb onun adını yazmağa. Xahiş edirəm, həmin jurnalistdən və işlədiyi saytın rəhbərliyindən ki, o xəbəri yenidən araşdırıb dərc eləsin. Nisə xanımla mən əlaqə saxladım, o özü də bildirdi ki, o söhbət sənə aid deyil. Mən səni öz balam kimi çox istəyirəm.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.