Şou-biznes

"Kimə imkan verirsən, həddini aşır"

18 Avqust 2014 16:46
4 Şərh     Baxış: 2 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Şarm" verilişinin aparıcısı Aydan Axundova "Nə varsa" proqramının qonağı olub.

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, aparıcı verilişin "Zarafat etməyi xoşlayırsınız?" mövzusuna belə münasibət bildirib:

"İnsanlarda yumor hissinə önəm verirəm. Amma son vaxtlar zarafatla yersiz söhbətləri səhv salırlar. Kimə imkan verirsən, səninlə zarafat etsin, həddini aşır. Elə insanlar var ki, onlar bunu bacarmırlar. Bəziləri duzsuz sözləri ilə ancaq adamın canını sıxırlar. Mən dəfələrlə şahidi olmuşam: birinə şərait yaradırsan, səninlə zarafatlaşır. Amma qəflətən qoyulan sərhəddi elə keçir ki, o adam gözündən düşür. Buna görə də, insanlarla məsafəli davranmaq lazımdır. Zarafat etməzdən əvvəl düşünməlisən ki, bundan sonra hörmətli qala biləcəmmi? Bəzən zarafat adamı acı sözdən daha çox incidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.