Şou-biznes

Azərbaycanlı müğənni pul yağışına tutuldu - FOTO

8 Aprel 2014 12:48
8 Şərh     Baxış: 3 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc müğənni Könül Şıxəliyeva dostlarını başına toplayaraq doğum gününü qeyd edib

Milli.Az xəbər verir ki, "qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, yeni yaşını qeyd edən ifaçı doğum gününü əylənmək məqsədi ilə keçirdiyini bildirib:

"Ötən gün doğum günümü qeyd etdim. Əslində, özəl günləri təmtəraqlı qeyd etməyi sevmirəm. Əylənməyi sevdiyim üçün şənləmək xatirinə dostlarımı başıma toplayıb ad günümü keçirirdim. Neçə yaşa qədəm qoyduğumu deyə bilmərəm. Neçə yaşda görünürəmsə, deməli, o yaşdayam. Onu da deyim ki, məndən kimsə yaşını gizlədə bilməz. Adama bir dəfə baxan kimi yaşının neçə olduğun söyləyirəm. Hələ indiyə qədər başqa birinə yaş verməkdə yanılmamışam".

Könül doğum günündə ona verilən hədiyyələrdən də söhbət açıb:

"Mənim üçün hədiyyənin böyüyü, kiçiyi yoxdur. Amma cəmi bir hədiyyə aldım.  Qalan ad günümə gələnlər  hamısı mənə pul verdilər. Verilən pulun hamısı dollar idi".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.