Şou-biznes

Flora Kərimova ilə Cavanşir Məmmədovun gizlinləri: "Sən kimsən axı?.." - YENİLƏNİB

8 Aprel 2014 12:41
10 Şərh     Baxış: 10 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Flora Kərimova dayısıoğlu Cavanşir Məmmədov haqqında ilginc açıqlamalar verib
12:41

Xalq artisti Flora Kərimova dayısı oğlu, əməkdar artist Cavanşir Məmmədov barədə inanılmaz ittihamlar səsləndirib. Xalq artisti bildirib ki, onun anası C.Məmmədova çox kömək edib, hətta iki dəfə onu həbsdən qurtarıb. Amma bunun müqabilində Cavanşir Məmmədov onun anasının dəfnində iştirak etməyib.

Məsələ ilə bağlı AzNews.az saytı əməkdar artist Cavanşir Məmmədovla əlaqə saxlayıb. O, Flora Kərimovanın bu fikirlərindən xəbərsiz olduğunu bildirib və məsələyə qısaca cavab verib:

"Nə deyibsə, sağ olsun. Başqa heç nə demək istəmirəm".

Qeyd edək ki, C.Məmmədov Flora Kərimovanın doğmaca dayısı oğlu olsa da, çoxları bu barədə xəbərdar deyil.

----------
12:25

Milli.Az xəbər verir ki, bu barədə publika.az-a danışan xalq artisti vaxtilə Cavanşir Məmmədova yaxşılıqlar etdiyini bildirib:

"Rəhmətlik anam Cavanşirə çox yaxşılıqlar edib, onu texnikuma düzəldib, çörək qazanmaq üçün hətta ona qarmon da alıb. Mən Aftandil İsrafilovun qardaşı Nuşirəvandan ona dərs keçməsini xahiş etmişəm. Əsgərlikdə olduğu zamanı anam generalları qonaq çağırırdı, bunun nəticəsində də  Cavanşir vaxtının yarısını evdə keçirirdi. Ancaq  ona çörək verən  bibisinin, onu 2 dəfə türmədən qurtaran  bibisiqızının, yəni mənim anamın yasına 40-ı qurtaran ərəfədə gəldi. Özü də şıq geyinmiş, üzü qırxılmış halda. Sənətdə dünənki, heç kim tərəfindən tanınmayan uşağın mənə dediyi bu oldu: "Bibiqızı, mən sənət adamıyam".  Söhbət 1978-ci ildən gedir".
 
Xalq artisti Nadirlə Cavanşir arasında yaranan qalmaqal zamanı da ona kömək etdiyini bildirib:
 
"Nadirlə aralarında o biabırçılıq yarananda xalam qızı Həqiqət mənə zəng edib Cavanşirə kömək etməyimi xahiş etdi. O zaman onunla danışmırdım. Mən onu yanıma çağırıb efirdə özünü necə aparmasını başa çaldım. Hətta anamın, özümün zəhmətimdən keçib, ona öyrətdim ki, desin heç bir qadının əli ilə özümü sənətdə sübut etməmişəm. Bu yaxşılığıma cavab olaraq efirə çıxıb öyrətdiyim sözləri deməklə yanaşı, bunu da dedi: "Bəzi adamlar dekolte geyinir, onu görmürlər?" O, məni nəzərdə tuturdu. 15-20 il əvvəl Nazpəri Dostəliyevanın  konsertində ona müraciət edərək "Mənim nazlı pərim" sözlərimi  indiyədək başıma qaxınc edir".
 
Qaldı ki, C.Məmmədovun Qızıl Fonddan Flora Kərimova ilə oxuduğu duetləri yığışdırmasına, xalq artistinin cavabı belə oldu: "Sən kimsən axı, Qızıl Fonddan da nəyisə yığışdırasan? Sənin mənim hesabıma o fonda düşmək şansın var idi".
 
Qeyd edək ki, xalq artisti Flora Kərimova müğənni Cavanşir Məmmədovun bibisi qızı imiş. Tərəflər bunu uzun illər gizlin saxlayıblar. Vaxtilə bibisi Cavanşir Məmmədova ona ali məktəbə qəbul olmaqda və sənət aləminə gəlməyinə kömək edib. Hətta gənclik illərində Cavanşir Məmmədovla Flora Kərimovanın duetləri də varmış. Lakin sonradan onun həmin lent yazılarını Qızıl Fonddan sildirməsi barədə də xəbərlər yayılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.