Şou-biznes

Xalq artisti Türkiyənin tanınmış kanalında "Qal, sənə qurban" oxudu - VİDEO

8 Aprel 2014 11:56
0 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Brilliant Dadaşova yenə Türkiyə kanallarının birində qonaq olub
Müğənni sənət dostu, dünya şöhrətli balaban ustası Alihan Səmədovla birgə TRT kanalının "Yeni gün" proqramında çıxış edib.

Milli.Az bildirir ki, proqramda bir neçə xalq və bəstəkar mahnılarını ifa edən xalq artistinin repertuarında diqqət çəkən məqam türklərin anonim kimi  "Mavi boncuk" adıyla təqdim etdikləri "Qal, sənə qurban" mahnısını məhz Azərbaycan dilində ifa edib tamaşaçılara mahnı haqda məlumat bildirməsi olub. Qeyd edək ki, xalq artisti məhz Türkiyə televiziya məkanında ilk çıxış edən müğənni olub.

1992-ci ildən davamlı olaraq Türkiyə televiziyalarına və konsertlərinə dəvət alan xanım Dadaşova, demək olar ki, bütün çıxışlarında Azərbaycan xalq mahnılarını ifa etməklə musiqilərimizin təbliğatında fəal iştirak edir.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.