Şou-biznes

Azərbaycanlı müğənni canlı yayımda biabır oldu: "Pomidor satana oxşayırsan" - FOTO

7 Aprel 2014 17:31
54 Şərh     Baxış: 16 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Zeynəb Dostaliyevanı canlı yayımda tamaşaçı mesajı yaman pərt edib. Milli.Az mövqe.az-a istinadən xəbər verir ki, artıq çəki alan müğənni bunu ört-basdır etmək üçün enli don geyib.

Lakin səhər verlişinə sms yazan tamaşaçı müğənninin geyimini bəyənmədiyini və hətta onu bazar qadınlarına da oxşatdığını deyib:

"Zeynəb Dostaliyeva bazarda pomidor satan qadına bənzəyir. Hətta bazarda pomidor satanlar belə, ondan daha zövqlü geyinir".

Bu mesajdan pərt olan müğənni özünə belə haqq qazandırıb və həmin tamaşaçını təhqir edib: "Sən çox zövqsüz və qabiliyyətsiz insansan. Əynimdəki ətəyim Fransa istehsalıdı. Həm də kökəlmişəm deyə enli geyinmişəm. Ayıb olsun, sənə..."

Z.Dostaliyevanın həmin verilişdən olan görüntüsü:

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.