Şou-biznes

Rəqsanə təmtəraqlı ad gününə hazırlaşır - FOTO

7 Aprel 2014 17:19
28 Şərh     Baxış: 3 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 25-də ad günü olacaq müğənni Rəqsanə İsmayılova həmin gün təmtəraqlı məclis təşkil edəcəyini deyib

Milli.Az xəbər verir ki, sənətçi axşam.az-a açıqlamasında sözügedən məclisə tanınmış türk ifaçısının da qatılacağını bildirib:

"Mayın 25-də ad günümdür. Yeni çəkdirdiyim klipi həmin gün təqdim edəcəm. Hazırda ikinci klipin çəkilişlərinə başlamışıq. Burada tanınmış türkiyəli aktyor rol alacaq. Eyni zamanda bir türkiyəli ifaçı ilə duetimiz olacaq. Ad günümdə onu da Bakıya gətirəcəm. Çox fərqli bir məclis olacaq".

R.İsmayılova prodüser Anar Mədətovla işbirliyinə son qoymasından da danışıb:

"Anarla işbirliyinə son qoyduq. Amma dostluğumuz davam edir. Azərbaycanda çox ola bilmirəm. Buna görə də bizimki alınmadı".

Qeyd edək ki, Rəqsanə bir müddət əvvəl türkiyəli ifaçı Selami Şahinlə işbirliyinə başlayacağını, onunla duet oxuyacağını bildirmişdi.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.