Şou-biznes

Xoşqədəm Hidayətqızı: "Bu da mənim qızım" - FOTO

7 Aprel 2014 15:23
6 Şərh     Baxış: 4 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az show.az-a istinadən xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızı kollektivi ilə bərabər ATV telekanalında yayımlanan "Səni axtarıram" verilişinin üç yaşını qeyd edib.

Əvvəldən yayımlanan anonslarda aparıcı ilk dəfə iki yaşlı qızını təqdim edəcəyi, uzun zaman saxladığı sirri açacağı barədə xəbər vermişdi.

Veriliş zamanı aparıcı 2 yaşlı bir qız uşağını götürərək "bu da mənim qızım" deyərək təqdim edib.
Açıqlama verən Xoşqədəm Hidayətqızı bildirib ki, bu uşaq bir neçə il əvvəl anasını "Səni axtarıram" da tapan Quba xanımın qızıdır.

"Quba xanım anasına qovuşduğu vaxtlar hamilə idi. Onun bir qız övladı dünyaya gəldi. Onun adını isə Xoşqədəm qoydular. Mən də elə bilirəm ki, o, mənim qızımdır".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.