Şou-biznes

Ad gününü qeyd edən Alim Qasımova sürpriz hədiyyə hazırlanıb - VİDEO - FOTO

14 Avqust 2013 16:27
1 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Sənətkarı ikinci dəfə səhnəyə qaytaran insanın kimliyini biləcəksiniz

Milli.Az xəbər verir ki, bu gün Azərbaycan muğamlarını dünyada layiqincə tanıdan ustad sənətkar Alim Qasımovun 56 yaşı tamam olur.

Təmtərağı sevməyən sənətkar özəl bayramını iki gündən sonra teleməkanın ən baxımlı verilişlərindən olan "Rəngarəng"də qeyd edəcək.

Yaradıcı komandanın hazırladığı özəl buraxılışı sənətkara edilən sürpriz hədiyyələrdən biri kimi də qiymətləndirmək olar.

Belə ki, bir çox proqramlara çəkilməkdən imtina edən Qasımov Nahid Emiloğlunun təşkilatçılığı ilə Qəbələdə baş tutan konsertini işıqlandırmağı məhz "Rəngarəng" komandasına həvalə etmişdi.

Aparıcı Zaur Nəbioğluna "sən olmasaydın burada heç bir çəkiliş olmayacaqdı" - deyən sənətkarın dilindən səslənən maraqlı etıraflara biganə qala bilməyəcəksiniz.

Bir müddət öncə səsində yaranan problemlər səbəbindən hətta sənəti belə tərk etmək istəyən Alim Qasımovu ikinci dəfə səhnəyə qaytaran insanı "Rəngarəng"də görəcəksiniz.

Bundan əlavə biləcəksiniz ki, kim xaricdə muğam öyrənmək üçün Alim Qasımovu seçdi?

Həmın şəxsin eksklüziv açıqlaması bu verilişdə olacaq.

Sənətkar kamera qarşısında kimə üzünü tutub, ilk dəfə öz minnətdarlığını bildirdi?

Səhnədəki çıxışı zaman haldan-hala düşən Alim Qasımovun konsertindən sonra da maraqlı açıqlamalarını eşitmək də sizə maraqsız gəlməyəcək.

Rejissoru Aynurə Səmədova olan "Rəngarəng"i cümə günü - avqustun 16-da saat 21:00-dan etibarən Lider TV-də izləyə bilərsiniz.

Verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.