Şou-biznes

Xalq artistimizə Rusiya şou-biznesindən maraqlı təklif - FOTO

2 Aprel 2012 14:42
0 Şərh     Baxış: 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu barədə Milli.Az-a məlumat verən müğənninin prodüseri Mikayıl Hüseynov deyib ki, Nazpəri xanım Rusiyanın tanınmış "Harper's Bazar" şou-biznes jurnalının üz qabığına çəkilmək üçün təklif alıb: "Əslində, səfərin məramı jurnala müsahibə vermək və üz qabığında çəkilmək deyildi. Nazpəri xanım həm yaz alış-verişi, həm də tədbirlərdən birində iştirak etmək üçün səfərə yola düşüb. Bu təklif bir neçə ay bundan əvvəl edilib".

Prodüser onu da əlavə edib ki, Nazpəri xanımdan bu təklifə biganə qalmamağı xahiş edib: "Yayın ortalarında, inşallah, layihəmiz gerçəkləşəcək. Səfərdən sonra ətraflı məlumat verə biləcəyik. Nazpəri xanımın olduqca fərqli imicdə görünməsi üçün bir neçə eskiz hazırlanıb".
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.