Şou-biznes

Faiq Ağayev qucaq açır...

19 Mart 2012 10:24
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, xalq artisti onunla barışmaq istəyən hər kəs üçün qucağının açıq olduğunu bildirib.

"Kiminsə mənimlə barışmağı çox istədiyini hiss etsəm, aramızdan nə vaxtsa qara pişiyin keçməsinə baxmayaraq, ona tərəf addım ataram. Bunu onun qarşısında hər hansı bir şərt qoymadan edərəm", - deyə xalq artisti yerli telekanallardan birinə açıqlamasında bildirib.

F.Ağayev Novruz bayramını evində, ailəsinin əhatəsində keçirəcəyini, bayramdan sonra isə xaricə gedəcəyini söyləyib: "Bayramı məmnuniyyətlə Aygün Kazımova ilə birgə qeyd edərdim. Odur ki, onu qonaq çağırıram..."

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.