Hadisə, Kriminal

45 yaşlı Xaçmaz sakini bıçaqlandı

8 Aprel 2014 08:59
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 8-i gecə saatlarında Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.

Milli.Az Regional TV-yə istinadən bildirir ki, hadisə Xaçmaz rayonunun Qaraqurdlu kəndində baş verib. 45 yaşlı kənd sakini Əliməmmədov Çingiz Əli oğluna biçaqla xəsarət yetirilib.

Çingiz Əliməmmədov sol budun yuxarı 1/3-nin kəsilmiş-deşilmiş yarası, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hal-hazırda xəstəyə tibb müəssisəsinin travmotologiya şöbəsində müvafiq yardım göstərilir.

Hadisənin kimin tərəfindən törədildiyi və hansı səbəbdən baş verdiyi məlum deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.