Siyasət

Almaniyanın Ermənistandakı səfirindən Qarabağ AÇIQLAMASI

27 May 2016 19:58
0 Şərh     Baxış: 1 830

ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi rol oynaya bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Almaniya Federativ Respublikasının Ermənistandakı səfiri Matias Kisler deyib. O xatırladıb ki, Almaniya ilin sonuna qədər ATƏT-ə sədrlik edəcək, ona görə də münaqişənin nizamlanmasında xüsusi və vacib rol oynaya bilər.
 
Səfir qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Frank Valter Ştaynmayer şəxsən münaqişənin həllində maraqlıdır: "O, problemin həlli istiqamətində fəaliyyət göstərməyə hazırdır və bunun üçün əlindən gələni edəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.