Siyasət

NATO-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

27 May 2016 17:02
Baxış: 2 047

NATO Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və tərəfləri sülh yolu ilə nizamlanma üzrə səyləri davam etdirməyə çağırır.

Milli.Az bildirir ki, bunu Trend-ə NATO-nun mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən bildiriblər ki, münaqişələrin sülh yolu ilə nizamlanması NATO-nun və hərbi əməkdaşlıq proqramında iştirak edən bütün tərəfdaş dövlətlərin əsas məqsədidir.

Həmçinin qeyd olunub ki, Alyansın ATƏT-in Minsk qrupu çərçivəsində keçirilən danışıqlar prosesi ilə birbaşa əlaqəsi yoxdur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.